Sea Breeze-də 10-cu dalanda 2 mərtəbəli, 4 otaqlı Dəbdəbəli Villa Satılır!
Prestijli həyat və unudulmaz istirahət üçün mükəmməl seçim!
Bakının ən elit kurort zonası olan Sea Breeze Resort ərazisində — 10-cu dalanda yerləşən, müasir arxitektura və zövqlə inşa olunmuş 2 mərtəbəli lux villa satışa çıxarıldı.
Təmir və Dizayn: Yüksək keyfiyyətli materiallarla, müasir interyer dizayn üslubunda təmir olunub. İşıqlı vitraj pəncərələr, modern kamin zonası və zövqlə yığılmış geniş mətbəxi var. İşıqlandırma və gizli projektor sistemləri quraşdırılıb.
Həyətdə təmizləmə sistemi ilə təchiz olunmuş geniş üzgüçülük hovuzu.
Yaşıllaşdırılmış qazon, dekorativ palma və sitrus ağacları.
Həyətin ətrafı hündür canlı yaşıl cəpərlə örtülüb, tam sakitlik və özəl mühit təmin edir.
Həyətdə besetka və açıq havada vaxt keçirmək üçün hər türlü şərait var.
Yerləşmə və Üstünlüklər:
Sea Breeze-in 10-cu dalanında yerləşir — dənizə, çimərliklərə, restoranlara və əsas infrastruktur obyektlərinə çox yaxın və rahat məsafədədir.
24/7 mühafizə olunan, təhlükəsiz və qapalı ərazi.
Əmlak həm daimi yaşayış, həm mövsümlü istirahət, həm də yüksək gəlirli icarə/investisiya üçün idealdır.
Əlavə məlumat və digər əmlaklarla bağlı maraqlanmaq üçün əlaqə saxlayın.